Birləşmiş Ərəb Əmirliklərində həbs olunan 21 İran vətəndaşının sərbəst buraxıldığı bildirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, İran Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahiyan məlumat verib.
Məlumata əsasən, keçdiyimiz həftələrdə paytaxt Abu Dabini ziyarət edən Abdullahiyan BƏƏ-nin dövlət başçısı Məhəmməd ibn Zeyd Əl Nahyanla görüşüb. Görüş əsnasında tərəflərin razılığa gəlməsi nəticəsində məhbusların sərbəst buraxılaraq ölkələrinə göndəriləcəyi qeyd olunub.
Xatırldaq ki, sözügedən şəxslərin həbs olunma səbəbi açıqlanmayıb.