Əsas məzmuna keç

BDYPİ sürücüləri manevr edərkən qaydaları ciddi şəkildə yerinə yetirməyə çağırıb

BDYPİ sürücüləri manevr edərkən qaydaları ciddi şəkildə yerinə yetirməyə çağırıb

Manevretmə qaydalarının pozulması çox zaman qəfil zolaq dəyişmələri, dönmə siqnalından istifadə etməmək və ya digər nəqliyyat vasitələrinin sürətini,...

Manevretmə qaydalarının pozulması çox zaman zolaq dəyişmələri, dönmə siqnalından istifadə etməmək və ya digər vasitələrinin sürətini, məsafəsini nəzərə almadan hərəkət etmək kimi hallarla müşahidə olunur. Bu qayda pozuntusu bir çox hallarda yollarda qəfil toqquşmalara və ağır nəticəli qəzaların baş verməsinə səbəb olur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət İdarəsinin (BDYPİ) sürücülərə müraciətində qeyd edilib. Müraciətdə bildirilib:

- Dönmə və zolaq dəyişməzdən əvvəl siqnal verin. Bu, digər sürücülər və piyadalar üçün xəbərdarlıqdır;

- Məsafəni dəqiq qiymətləndirin. Yalnız kifayət qədər təhlükəsiz interval olduqda edin;

- Sürətə diqqət yetirin. Manevretmə zamanı qəfil sürət artırmaq və ya azaltmaq qəza riskini yüksəldir;

- Dairəvi hərəkətlərdə, kəsişmələrdə üstünlük qaydalarını qoruyun;

- Piyada zolaqları yaxınlığında xüsusən ehtiyatlı olun. Burada edilən kiçik bir diqqətsizlik insan həyatına ciddi təhlükə yarada bilər.

Vurğulanıb ki, manevretmə qaydalarına riayət etmək inzibati qanunvericiliyin tələbi olmaqla yanaşı, iştirakçılarının təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Çünki istənilən düzgün aparılmayan manevr təkcə bir nəqliyyat vasitəsini deyil, bütün hərəkət iştirakçılarını təhlükəyə atır.

BDYPİ bütün hərəkət iştirakçılarını bir daha məsuliyyətli davranmağa, manevr edərkən qaydaları ciddi şəkildə yerinə yetirməyə çağırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…