Baxmut uğrunda döyüşdə Ukrayna və Rusiya ağır itkilər verdiklərini bildiriblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Moskva aylardır ki, Ukraynanın şərqindəki şəhəri ələ keçirməyə çalışır.
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya qüvvələri son bir neçə gündə 1100-dən çox ölüb, bir çoxu isə daha ağır yaralanıb.
Rusiya son 24 saat ərzində 220-dən çox ukraynalı hərbçini öldürdüyünü bildirib.
BBC hər iki tərəfin verdiyi rəqəmləri yoxlaya bilmir.