"Bavariya"nın müdafiəçisi Erik Dayer tezliklə "Monako"ya keçəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Məlumata görə, 31 yaşlı ingilis Fransa klubu ilə 2028-ci ilin yayına qədər müqavilə imzalayacaq.
O, yeni klubuna mövsüm başa çatdıqdan sonra qoşulacaq.
Dayer 2024-cü ilin yayından “Bavariya”da çıxış edir.
Bu mövsüm o, bütün turnirlərdə 25 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.