"Bavariya" ikinci qapıçısı Sven Ulreyxi komandada saxlamaq niyyətindədir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə jurnalist Tobi Altşeffl məlumat yayıb.
Mənbənin məlumatına görə, Münxen klubu artıq 35 yaşlı futbolçunun nümayəndələri ilə mümkün müqavilənin uzadılması ilə bağlı ilkin danışıqlar aparıb.
Qeyd olunur ki, Ulreyx özü də komandada qalmaq istəyir və 2021-ci ilin yayından çıxış etdiyi “Bavariya”da karyerasını başa vurmağa hazırdır.
Ulreyxin "Bavariya" ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir. Bu mövsüm münhenlilərin heyətində 12 oyun keçirən qapıçı 15 qol buraxıb və üç matçda qapısını toxunulmaz saxlayıb.