Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aprelin 18-də Sabirabadda ətraf region prokurorluqlarının məsul əməkdaşları, hüquq-mühafizə orqanları və digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə konfrans təşkil ediləcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yüksək səviyyəli konfransda regional media nümayəndələri ilə yanaşı, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirak edəcəyi bildirilir.
Konfransda, həmçinin, Baş Prokurorluq və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məsul şəxsləri iştirak edəcək.
Xatırladaq ki, Baş Prokurorluq tərəfindən bundan əvvəl, Gəncə, Lənkəran, Şəki, Gədəbəy, Quba, Bərdə və Zaqatala şəhərlərində regional konfranslar təşkil olunub.