Əsas məzmuna keç

Baş Prokurorluq Gəncədəki partlayışla bağlı məlumat yaydı

Baş Prokurorluq Gəncədəki partlayışla bağlı məlumat yaydı

Baş Gəncədə yaşayış binasında baş vermiş partlayışla bağlı məlumat yayıb.

Qurumdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, mayın 12-də şəhəri, Fikrət küçəsi 22/22 ünvanındakı 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın nəticəsində 1967-ci il təvəllüdlü Alıyevin ölməsi və 1961-ci il təvəllüdlü Gülnaz Şahməmmədovanın xəsarət alması barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən prokuror-kriminalist və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

İlkin ehtimallara əsasən yanğın tez alışan məhlulun alovlanması nəticəsində baş verib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Hadisənin təfərrüatlarının tam, obyektiv və hərtərəfli araşdırılması istiqamətində operativ tədbirlər həyata keçirilməklə müvafiq qərarın qəbul olunması təmin olunacaq.

Qeyd edək ki, Gülnaz Şahməmmədova mətbuata açıqlamasında daha öncə də Adil Alıyev tərəfindən bıçaqlandığını, evin qəsdən yandırıldığını iddia edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…