Baş Prokurorluğun nümayəndə heyəti Özbəkistana səfər edib

Baş Prokurorluğun nümayəndə heyəti Özbəkistana səfər edib
16.11.2023 12:53
Aa
dəq

Cari ilin 14-15 noyabr tarixlərində Azərbaycanın Baş Prokurorluğu ilə Özbəkistanın Baş Prokurorluğu arasında imzalanmış Əməkdaşlıq Proqramı çərçivəsində bir qrup prokurorluq əməkdaşı Özbəkistanın Daşkənd şəhərinə səfər edib.

"Baş Prokurorluqdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, səfərdə Azərbaycanın Baş Prokurorluğunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Müqəddəs Sultanov, İmişli rayon prokuroru Valeh Səmədov, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Ceyhun Budaqov və Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Aynur Əfəndiyevadan ibarət nümayəndə heyəti təmsil edib.

Özbəkistanın Baş prokurorunun müavini Svetlana Artikova nümayəndə heyətini səmimi salamlayaraq tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini qeyd edərək ölkələrimizin prokurorluq orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib.

Yüksək qonaqpərvərliyə və səmimi qəbula görə minnətdarlığını ifadə edən Müqəddəs Sultanov qurumlarımız arasındakı sıx münasibətlərin təzahürü olaraq intensiv qarşılıqlı səfərlərin gerçəkləşdiyini bildirib. Görüşdə həmkarlar arasında səmərəli fikir mübadiləsi aparılıb.

Daha sonra əməkdaşlıq proqramı çərçivəsində “Yetkinlik yaşına çatmayanlara qarşı cinayətlərin açılmasının aktual problemləri” mövzusunda seminar keçirilib. Tədbirdə Azərbaycan və Özbəkistan prokurorluq əməkdaşları mövzu ətrafında təqdimatlarla çıxış ediblər.

Tədbir çərçivəsində nümayəndə heyəti Özbəkistan Baş Prokurorluğunun muzeyi, eləcə də Səmərqənd vilayət prokurorluğunun fəaliyyəti ilə yaxından tanış olub, şəhərin tarixi-mədəni abidələrini ziyarət edib.

Həftənin ən çox oxunanları

Məşhur bəstəkar vəfat etdi - FOTO

Məşhur bəstəkar vəfat etdi - FOTO
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk

Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk
DAVAMIN OXU davamın oxu

Prezident Çernobbio Forumunda çıxış edib - VİDEO - FOTO

Prezident Çernobbio Forumunda çıxış edib - VİDEO - FOTO
DAVAMIN OXU davamın oxu

AŞPA üzvlərinin səfərinə qoyulan qadağa nə vaxt ləğv ediləcək? - Prezident açıqladı

AŞPA üzvlərinin səfərinə qoyulan qadağa nə vaxt ləğv ediləcək? - Prezident açıqladı
DAVAMIN OXU davamın oxu

Prezident Rusiya-Ukrayna müharibəsindən danışdı

Prezident Rusiya-Ukrayna müharibəsindən danışdı
DAVAMIN OXU davamın oxu