Operativ Məlumat Mərkəzi

Baş prokuror: "Əvvəlki illərdən bağlı qalmış 4 xüsusilə ağır cinayətin üstü açılıb"

1 dəq
Paylaş:
Baş prokuror: "Əvvəlki illərdən bağlı qalmış 4 xüsusilə ağır cinayətin üstü açılıb"
bunu Baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında deyib. O qeyd edib ki, bu ilin birinci yarımilində prokurorluq, daxili işlər, dövlət...

Əvvəlki illərdən bağlı qalmış 4 xüsusilə ağır cinayətin üstünün açılması təmin edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında deyib.

O qeyd edib ki, bu ilin birinci yarımilində prokurorluq, daxili işlər, dövlət təhlükəsizliyi və penitensiar xidmət orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış 4 qəsdən adam öldürmə cinayətin üstünün açılması, habelə, qeyri-aşkar şəraitdə törədilmiş 20 qəsdən adam öldürmə cinayətinin isti izlərlə açılması təmin edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər