Əsas məzmuna keç

Baş nazir Əli Əsədov Azərbaycanın yeni iqtisadi inkişaf prioritetlərini açıqlayıb

Baş nazir Əli Əsədov Azərbaycanın yeni iqtisadi inkişaf prioritetlərini açıqlayıb

Hökumət rəhbəri Aşqabadda keçirilən MDB Hökumət Başçıları Şurasının iclasında ölkənin iqtisadi şaxələndirmə və rəqəmsallaşma istiqamətindəki hədəflərindən danışıb.

en ru

iqtisadiyyatın şaxələndirilməsi və davamlı artımın təmin edilməsi məqsədilə genişmiqyaslı islahatları və iqtisadi təşəbbüsləri sürətləndirib. Bu barədə Aşqabadda MDB Başçıları Şurasının iclasında çıxışı zamanı məlumat verib.

Baş nazir bildirib ki, Azərbaycan sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika və yüksək texnologiyalar sahələrində ardıcıl inkişaf nümayiş etdirir. Dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi “yaşıl enerji”nin inkişafı xüsusi vurğulanıb. Bu sahədəki layihələr həm ekoloji dayanıqlığın artırılmasına, həm də ölkənin ixrac və investisiya potensialının genişləndirilməsinə xidmət edir.

Əli Əsədov bölgəsində aparılan bərpa-quruculuq işlərinə də toxunub:

  • “Yaşıl enerji zonaları”nın yaradılması;
  • Müasir infrastruktur və innovativ texnologiyaların tətbiqi;
  • “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması.

Baş nazirin sözlərinə görə, region artıq investisiya və iqtisadi fəallıq üçün mühüm məkana çevrilməkdədir. Eyni zamanda, Azərbaycanın Avropa ilə Asiya arasında etibarlı nəqliyyat-logistika qovşağı kimi mövqeyi beynəlxalq dəhlizlərin inkişafı ilə daha da möhkəmlənir.

Çıxışda qeyd olunub ki, 2025-ci ilin dekabrında təsdiq edilmiş 2026–2029-cu illər üçün Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyası texnoloji sektorun və rəqəmsal transformasiyanın sürətlənməsini hədəfləyir. Bu addımlar Azərbaycanın qeyri-neft sektorunun inkişafına və yeni iqtisadi modelin formalaşmasına mühüm töhfə verir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…