Baş məşqçi: "Qələbə qazanmağımıza imkan vermədilər"

Baş məşqçi: "Qələbə qazanmağımıza imkan vermədilər"
30.06.2023 18:30
Aa
dəq

"Sablya üzrə kişilərdən ibarət yığmada gənc idmançılar yer almışdı. Mənə elə gəlir ki, bu yarışdan çox şey götürdülər. Bizim istəyimiz də məhz bu idi. Gələn ilin fevralında gənclər arasında keçiriləcək dünya çempionatında nəticəni hazırkı idmançılardan gözləyəcəyik".

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə qılıncoynatma üzrə Azərbaycan milli komandasının baş məşqçisi Çingiz Mustafayev idmançıların III Avropa Oyunlarındakı çıxışı dəyərləndirərkən deyib.

O, hakim qərarlarının nəticələrə təsir etdiyini söyləyib: "Şpaqa növündə Ruslan Həsənovdan daha yaxşı nəticə gözləyirdik. Özünüz də gördünüz ki, sona qədər dözə bilmədi, səbri çatmadı. Qızlardan isə həm fərdi, həm də komanda yarışlarında medal istəyirdik. Təəssüf ki, belə alındı. Xüsusilə İtaliya ilə qarşılaşmadakı məğlubiyyətimizi heç cür başa düşmədim. Heç vaxt hakimlər haqqında danışmamışam. Amma 7 zərbə ilə biz bu görüşü udmalıydıq. Lakin hakimin bəzi qərarları düzgün deyildi. Həmçinin qələbəyə vaxtından tez inandıq. Ardınca, 5-8-ci yerlər uğrunda matçda güclü heyəti olan Yunanıstana heç bir şans vermədik. İspaniya ilə 5-ci yer uğrunda görüşdə isə yenə də hakimlər qələbə qazanmağımıza imkan vermədilər".

Mustafayev qadınlardan ibarət yığmanın lideri Anna Baştanın yaxşı formada olmadığını etiraf edib: "Ona görə də mübarizəni erkən dayandırdı. Hazırda komandada Annanı əvəz edə biləcək qılıncoynadan görmürük. Son döyüş onun üçün böyük yük oldu. İdmanda belə hallar da olur. Biz indi onun nələr çəkdiyini yaxşı bilirik. Amma artıq heç nəyi qaytara bilmərik. Gələcəyə baxmaq lazımdır".

Həftənin ən çox oxunanları

Türkiyə Super Liqası: "Qalatasaray" bu gün səfərdə "Fənərbağça" ilə üz-üzə gələcək

Türkiyə Super Liqası:
DAVAMIN OXU davamın oxu

Azərbaycan Premyer Liqasında bu gün daha bir oyun baş tutacaq

Azərbaycan Premyer Liqasında bu gün daha bir oyun baş tutacaq
DAVAMIN OXU davamın oxu

Qurban Qurbanovun əhvalını korladı, sevinci uzun çəkmədi, qovuldu!

Qurban Qurbanovun əhvalını korladı, sevinci uzun çəkmədi, qovuldu!
DAVAMIN OXU davamın oxu

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub
DAVAMIN OXU davamın oxu

“İmarət” stadionunun təməli qoyulub

“İmarət” stadionunun təməli qoyulub
DAVAMIN OXU davamın oxu