"Barselona" klubunun vingeri Rafinya Dias Səudiyyə Ərəbistanı çempionatı təmsilçilərinin transfer hədəfində qalmaqda davam edir.
"Operativ Məlumat Mərkəzi-OMM" "El Pais" nəşrinə istinadən xəbər verir ki, adı açıqlanmayan Səudiyyə klubları gələn yay braziliyalı ulduz üçün 90 milyon avro ödəməyə hazırdır.
Futbolçunun özünə isə ildə təxminən 30 milyon avro həcmində nəhəng maaş təklif ediləcəyi gözlənilir.
Son günlər yayılan məlumatlara görə, 29 yaşlı oyunçu gələcəyi ilə bağlı hələ yekun qərar verməyib. Halbuki, bundan əvvəl onun "Barselona"da qalmaq niyyətində olduğu bildirilirdi.
Qeyd edək ki, hücumçunun Kataloniya təmsilçisi ilə hazırkı müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub.