Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Barselona" və "Mançester Siti" braziliyalı istedad üçün mübarizə aparır

2 dəq
Paylaş:
"Barselona" və "Mançester Siti" braziliyalı istedad üçün mübarizə aparır

"" klubu ""ın 16 yaşlı hücumameyilli yarımmüdafiəçisi üçün "" ilə ciddi rəqabətinə girib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, kataloniyalılar əvvəlki səhvləri təkrarlamamaq və yeni bir Braziliya ulduzunu əldən verməmək üçün danışıqları intensivləşdiriblər.

Klub gənc futbolçunu gənclər turnirindəki uğurlu çıxışından (7 oyunda 4 qol və 3 məhsuldar ötürmə) bəri diqqət mərkəzində saxlayır.

Məlumata görə, "Barselona" hazırda bu transfer yarışında favorit hesab olunur.

Transferin maliyyə detalları aşağıdakı kimidir:

  • Müqavilədəki sərbəstqalma məbləği: 100 milyon avro
  • "Palmeyras"ın razılaşa biləcəyi məbləğ: təxminən 50 milyon avro (sabit məbləğ və bonuslar)
  • "Mançester Siti"nin hazırladığı təklif: 40 milyon avro

Prosesi "Çelsi" klubu da daxil olmaqla digər İngiltərə təmsilçiləri də yaxından izləyir.

Qeyd edək ki, futbolçunun Avropaya transferi yalnız 18 yaşı tamam olduqdan sonra mümkündür. Bu səbəbdən Braziliya klubu satışa tələsmir və gənc istedadı əvvəlcə əsas komandaya inteqrasiya etməyi planlaşdırır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax