"Barselona" bu hücumçu ilə maraqlanır

"Barselona" bu hücumçu ilə maraqlanır
13.11.2024 07:26
Aa
dəq

"Ayntraxt Frankfurt"un hücumçusu Ömər Marmuş ilə Avropanın daha bir top klubu ilə maraqlanır.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, "Barselona" misirlini yaxından izləyir.

Kataloniya klubu onu Robert Levandovskinin potensial varisi kimi görür.

La Liqa nəhəngi 25 yaşlı futbolçu üçün təxminən 60 milyon avro təklif etməyə hazırdır.

Futbolçu ilə "Liverpool" və "Arsenal" da maraqlanır.

Ömər Marmuş bu mövsüm 10 oyunda 11 qol vurub və 7 məhsuldar ötürmə edib.

"Ayntraxt"ın ulduzunun dəyəri 40 milyon avrodur.

Həftənin ən çox oxunanları