Əsas məzmuna keç

Barselona aeroportunda içərisində radioaktiv maddə olan baglama aşkarlanıb

Barselona aeroportunda içərisində radioaktiv maddə olan baglama aşkarlanıb

bu barədə regional mülki müdafiə xidmətinin press-relizində deyilir. Məlumata görə, paketdə aşağı intensivlikli radioaktiv material olub. Nəticədə hadisə...

Kataloniya səlahiyyətliləri Barselona Beynəlxalq Hava Limanında təyyarənin hissəsində olan bağlamanın aşkarlanması ilə əlaqədar xüsusi fövqəladə hal protokolunu işə salıb.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə regional mülki müdafiə xidmətinin press-relizində deyilir.

Məlumata görə, paketdə aşağı intensivlikli radioaktiv material olub. Nəticədə hadisə yerinə yanğınsöndürmə briqadaları və radioaktiv aktivliyin koordinasiyası xidmətinin əməkdaşları gəlib.

“Bağlama təyyarənin baqaj bölməsində olub. Onu oradan çıxarmaq istərkən bağlamanı kənar təsirdən qoruyan xarici karton qatının zərər gördüyü aşkar edilib”, - sənəddə deyilir.

Təyyarə İsveçrədən Barselonaya gəlib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…