Operativ Məlumat Mərkəzi

Banqladeş bayraqlı yük gəmisi Hind okeanında silahlı quldurlar tərəfindən qaçırılıb

1 dəq
Paylaş:
Banqladeş bayraqlı yük gəmisi Hind okeanında silahlı quldurlar tərəfindən qaçırılıb
Banqladeş Dəniz Departamentinin baş direktoru Mohammad Maksud Alam məsələ ilə bağlı AA-ya açıqlama verib. Alam, Hind okeanında qaçırılan Banqladeş...

Banqladeş bayraqlı yük gəmisi Hind okeanında silahlı quldurlar tərəfindən qaçırılıb və bütün ekipaj girov götürülüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Banqladeş Dəniz Departamentinin baş direktoru Mohammad Maksud Alam məsələ ilə bağlı AA-ya açıqlama verib.

Alam, Hind okeanında qaçırılan Banqladeş bayraqlı "MV Abdullah" yük gəmisinin Mozambikin Maputo limanından Birləşmiş Ərəb Əmirliklərinin Əl Hamriyah limanına doğru yola düşdüyünü və kömür daşıdığını bildirib.

"Hökumət bütün mümkün diplomatik vasitələrdən istifadə edərək ekipajı və gəmini xilas etməyə çalışır", - deyə Alam bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər