Banqladeş hakimiyyəti ABŞ-dən Rusiyadan neft almaq üçün icazə istəyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Banqladeşin maliyyə və planlaşdırma naziri Əmir Çovdhuri bu tələbi 11 martda ABŞ-nin Dəkkədəki səfiri Brent Kristensen ilə görüşdən sonra irəli sürüb.
Qeyd olunub ki, Banqladeş Yaxın Şərqdən neft idxalından çox asılıdır və regionda müharibə başlayandan bəri neft təchizatı kəsilib.
ABŞ prezidenti Donald Tramp bir neçə ölkəyə tətbiq edilən neftlə bağlı sanksiyaları yumşaltmaq niyyətində olduğunu açıqlamışdı. O, bunun ABŞ-İsrail hərbi əməliyyatının səbəb olduğu neft qiymətlərinin artmasının qarşısını almağa kömək edəcəyini iddia etmişdi.