Əsas məzmuna keç

Balakən və Zaqatalada leysan: Təbiət hadisəsi fəsadlara yol açdı

Balakən və Zaqatalada leysan: Təbiət hadisəsi fəsadlara yol açdı

Şimal-qərb bölgəsində güclü yağıntılar ciddi dağıntılara səbəb olub. Balakən və Zaqatala rayonlarında çayların məcrasından çıxması sakinləri narahat edir.

en ru

və Zaqatala rayonlarında yağan intensiv yağışları bir sıra fəsadlara səbəb olub.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, son günlər ölkənin şimal-qərb bölgəsində qeyri-sabit müşahidə olunur. Ən intensiv yağıntılar Balakən və Zaqatala rayonlarının inzibati ərazilərinə düşüb.

İyulun 7-si axşam saatlarından başlayan güclü yağışlar iyulun 8-nə keçən gecə daha da intensivləşib.

Böyük Qafqaz dağlarının cənub ətəklərinə yağan leysan nəticəsində Balakən, Katex, Hunbul, Tala, Muxax və digər çaylarda suyun səviyyəsi kəskin yüksəlib. Bəzi çaylardan qısamüddətli sel keçib, bəziləri isə məcrasından çıxmaq təhlükəsi ilə üzləşib.

Dağ çaylarının daşması nəticəsində bəzi yaşayış məntəqələrində həyətyanı sahələri sel suları basıb. Təbii hadisə nəticəsində əkin sahələrinə, o cümlədən taxıl, qarğıdalı, bostan-tərəvəz sahələrinə və fındıq bağlarına ziyan dəyib.

Hazırda Balakən və Zaqatala rayonlarında intensiv yağışlar davam edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…