Dövlət təhlükəsizliyi əleyhinə cinayətlərdə ittiham olunan Fransa vətəndaşı Martin Ryan və azərbaycanlı hüquqşünas Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
Hökmə əsasən, M.Ryan 10, A.Məmmədli isə 12 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hər iki şəxs DTX tərəfindən keçirilmiş xüsusi əməliyyat nəticəsində saxlanılıb. Məhkəmədə məlum olub ki, DTX onların fəaliyyətini uzun müddət nəzarətdə saxlayıb.