Əsas məzmuna keç

Bakıxanovda ev çökdü: Dağıntı altından bir nəfər xilas edildi

Bakıxanovda ev çökdü: Dağıntı altından bir nəfər xilas edildi

Sabunçunun Gəray Əsədov küçəsində torpaq uçqunu fəsad törətdi. Dağıntı altından xilas edilən Günel Hüseynovanın vəziyyəti və FHN-in əməliyyatından son detallar.

en ru

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gəray küçəsində fərdi yaşayış evində çökmə baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, məlumatla əlaqədar dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, səbəbindən fərdi yaşayış evinin bir hissəsinin çökməsi nəticəsində 1996-cı il təvəllüdlü Hüseynova Etibar qızının müxtəlif dərəcəli xəsarətlər alaraq altında qaldığı müəyyən edilib.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə dağıntı altında qalan vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…