Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bakı metrosu fəaliyyətini bərpa edib - YENİLƏNİB 5

3 dəq
Paylaş:
Bakı metrosu fəaliyyətini bərpa edib - YENİLƏNİB 5

"Bakı Metropoliteni" QSC-nin fəaliyyəti bərpa olunub.

“Operativ Məlumat Mərkəzi-OMM” cəmiyyətinə istinadən xəbər verir ki, xətlər üzrə qatarlararası intervallar qorunmaqla hərəkət tam təmin edilib.

" narahatlığa görə sərnişinlərdən bir daha üzr istəyir, göstərilən anlayışa görə təşəkkür edirik", - deyə metro bəyan edib.

***

"Bakı Metropoliteni" QSC-nin fəaliyyəti saat 15:00-da bərpa ediləcək.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə səhmdar cəmiyyətindən bildirilib.

***

"Bakı Metropoliteni" QSC-nin "Qara Qarayev–" mənzilində hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

"Yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək. Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir, göstərilən anlayış üçün təşəkkür edirik", - məlumatda qeyd olunub.

***

"Bakı Metropoliteni" QSC-nin "Qara Qarayev–Nərimanov" mənzilində tuneldə qalan qatarlardan sərnişinlərin evakuasiyası təhlükəsiz şəkildə həyata keçirilib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə səhmdar cəmiyyətindən bildirilib.

nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

"Bakı Metropoliteni" QSC-nin əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə səhmdar cəmiyyətindən bildirilib.

Hazırda texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

"Bakı Metropoliteni" QSC-nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə səhmdar cəmiyyətindən bildirilib.

İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.

məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların "Nərimanov–Əhmədli" istiqamətində hərəkəti məhdudlaşdırılıb.

"Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax