Əsas məzmuna keç

Bakının əsas yollarında sıxlıq müşahidə olunur

Bakının əsas yollarında sıxlıq müşahidə olunur

NİİM paytaxtın magistral küçələrindəki son durumu açıqladı. Ziya Bünyadov, Tbilisi prospektləri və 20 Yanvarda tıxac var. Hansı alternativ yollar daha əlverişlidir?

en ru

Paytaxt Bakının bir sıra əsas magistral və küçələrində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Rəsmi məlumata əsasən, hazırda tıxac müşahidə olunan yollar aşağıdakılardır:

Bakı–Sumqayıt şosesi – “20 Yanvar” istiqamətində;

Alı Mustafayev küçəsi – prospekti istiqamətində;

Mikayıl Müşfiq küçəsi – “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;

Babək prospekti – mərkəz istiqamətində;

prospekti (əsas yol) – mərkəz istiqamətində;

Tbilisi prospekti – “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

Yusif Səfərov küçəsi – mərkəz istiqamətində;

28 May küçəsi – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək;

Xətai prospekti – Heydər Əliyev prospekti istiqamətində;

Rəşid Behbudov küçəsi – istiqamətində;

1-ci Göl kənarı yolu – Ziya Bünyadov prospekti istiqamətində;

Binəqədi şosesi – “Azadlıq prospekti” metro stansiyası istiqamətində;

Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospekti ilə kəsişməyədək;

Aeroport şosesi – “Koroğlu” metro stansiyası istiqamətində;

Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi istiqamətində.

NİİM sürücülərə alternativ marşrutlardan istifadə etməyi və hərəkət zamanı yol şəraitini nəzərə almağı tövsiyə edir.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 02.10.2026

Banklarda alış-satış ›
Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…