Əsas məzmuna keç

Bakıda yollar bağlanır: Xocalı anımı ilə bağlı rəsmi məhdudiyyət

Bakıda yollar bağlanır: Xocalı anımı ilə bağlı rəsmi məhdudiyyət

Bakı DYP-dən 26 fevral xəbərdarlığı: Mehdi Mehdizadə, Süleyman Vəzirov və digər yollarda hərəkət dəyişir. Anım günü bağlanacaq küçələrin tam siyahısı burada.

en ru

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə qoyulacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə şəhər Dövlət İdarəsindən məlumat verilib. Qeyd olunub ki, məhdudiyyət faciə qurbanlarının xatirəsini yad edənlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi daşıyır.

Fevralın 26-da səhər saat 08:00-dan mərasim başa çatanadək Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan aşağıdakı ərazilərdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək:

Məhdudiyyət Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Vəzirov və İzzət Orucov küçələrini əhatə edəcək.

Sürücülərə bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələri və ictimai nəqliyyata üstünlük vermələri tövsiyə olunur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…