Bakıda yanğın-taktiki təlimi keçirilib

Bakıda yanğın-taktiki təlimi keçirilib
17.11.2023 11:55
Aa
dəq

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı və Sumqayıt Regional Mərkəzinin iştirakı ilə Sumqayıt şəhəri ərazisində yerləşən SOCAR-ın Etilen-Polietilen Zavodunda “Açıq texnoloji qurğularda yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirilib.

Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd qaz məhsulları saxlanılan çənlərdə və açıq texnoloji qurğularda yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi, həmçinin xilasetmə işlərinin təşkili üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlimə Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin və Sumqayıt Regional Mərkəzinin ümumilikdə 14 texnika və 83 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.

Təlim zamanı Etilen-Polietilen Zavodunda baş vermiş şərti yanğın yerinə operativ çatan Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi”, Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qrupu isə ərazidən “yaralıların xilas edilməsi” əməliyyatlarını yerinə yetiriblər.

Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Həftənin ən çox oxunanları

DİN Pentensiar Xidmətlə birgə əməliyyat keçirib, 1,6 kq heroin götürülüb

DİN Pentensiar Xidmətlə birgə əməliyyat keçirib, 1,6 kq heroin götürülüb
DAVAMIN OXU davamın oxu

Xaricdə tutulan 6 nəfər Azərbaycana gətirildi

Xaricdə tutulan 6 nəfər Azərbaycana gətirildi
DAVAMIN OXU davamın oxu

Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, bir nəfər yaralanıb

Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, bir nəfər yaralanıb
DAVAMIN OXU davamın oxu

Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblar

Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblar
DAVAMIN OXU davamın oxu

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu