Operativ Məlumat Mərkəzi

Bakıda və bir sıra rayonlarda görünüş məsafəsi məhdudlaşıb

1 dəq
Paylaş:
Bakıda və bir sıra rayonlarda görünüş məsafəsi məhdudlaşıb
Hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov "Operativ Məlumat Mərkəzi-OMM"-ə...

Hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirib ki, görünüş məsafəsi Bakı və Abşeron yarımadasında, Qobustan, Quba, Qusar, Zərdab, İmişli, Cəfərxan, Biləsuvar, Lənkəranda 500 metrədək məhdudlaşıb.

Xidmət rəisinin sözlərinə görə, dumanlı hava şəraitinin səbəbi nisbətən soyuq hava kütləsinin isti səth üzərinə hərəkəti nəticəsində yaranan inversiya qatıdır:

“Duman ilin keçid dövrləri üçün xarakterik olan və sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir. Dumanlı hava şəraitinin bu gün gündüz saatlarınadək davam edəcəyi gözlənilir”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər