Operativ Məlumat Mərkəzi

Bakıda və Abşeron yarımadasında tozun miqdarı normadan artıqdır

1 dəq
Paylaş:
Bakıda və Abşeron yarımadasında tozun miqdarı normadan artıqdır

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.

O qeyd edib ki, hazırda havada tozun miqdarı normadan 1.5 dəfə artıqdır.

R.Allahverdiyeva əlavə edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub:

"Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq gün ərzində davam edəcəyi gözlənilir”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər