Bakıda taekvondo üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Bakıda taekvondo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
29.05.2023 17:23
Aa
dəq

Bakıda təşkil olunan taekvondo üzrə dünya çempionatının açılış mərasimi keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Bakı Kristal Zalında baş tutan tədbiri Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov və digər rəsmi şəxslər izləyiblər.

İlk olaraq iştirakçı ölkələrin bayraqları arenaya gətirilib.

Daha sonra Dünya Taekvondo Federasiyasının himni səsləndirilib və qurumun bayrağı nümayiş etdirilib. Ardınca Azərbaycanın nəhəng bayrağı gətirilib, Dövlət Himni səsləndirilib.

Hakimlərin və idmançıların andiçməsindən sonra Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çun çıxış edərək hər kəsi salamlayıb: "Burada çempionatın keçirilməsindən çox məmnunuq. Azərbaycanda və Bakıda müxtəlif taekvondo tədbirləri təşkil olunub. Prezident İlham Əliyevin dəstəyi nəticəsində bu idman növü ölkədə geniş vüsət alır".

Mərasimdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın videomüraciəti təqdim olunub. O, taekvondonun dünyada ən məşhur idman növlərindən biri olduğunu söyləyib və onun insanların birliyi üçün əhəmiyyətli olduğunu söyləyib.

Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov taekvondonun ölkədə özünəməxsus yeri olduğunu və gənclərdə bu idman növünə marağın artdığını vurğulayıb. O, dünya çempionatının təşkilini Azərbaycana həvalə etdikləri üçün beynəlxalq federasiyaya təşəkkürünü bildirib. Federasiya rəhbəri idmançılara uğurlar arzulayıb.

Gənclər və idman naziri Fərid Qayıbovun dünya çempionatını açıq elan etməsindən sonra Ulu Öndər Heydər Əliyevin Azərbaycan idmanına bəxş etdiyi töhfələrdən bəhs olunan videoçarx göstərilib.

Həftənin ən çox oxunanları

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
DAVAMIN OXU davamın oxu

Azərbaycanın millisi “Paris-2024”ə vəsiqə qazanıb

Azərbaycanın millisi “Paris-2024”ə vəsiqə qazanıb
DAVAMIN OXU davamın oxu

Güləş Federasiyasından rüşvətlə bağlı ittihamlara cavab

Güləş Federasiyasından rüşvətlə bağlı ittihamlara cavab
DAVAMIN OXU davamın oxu

UNRWA yanvar ayından etibarən Qəzzanın şimalına ərzaq çatdıra bilmir

UNRWA yanvar ayından etibarən Qəzzanın şimalına ərzaq çatdıra bilmir
DAVAMIN OXU davamın oxu

Britaniya hökuməti Rusiyanın Paris Olimpiadasında iştirakını dəstəkləyib

Britaniya hökuməti Rusiyanın Paris Olimpiadasında iştirakını dəstəkləyib
DAVAMIN OXU davamın oxu