Bakıda sürücü və piyadaları narahat edən problem həll edilib

Bakıda sürücü və piyadaları narahat edən problem həll edilib
10.08.2023 09:59
Aa
dəq

Bakıda sürücü və piyadaları narahat edən problem həll edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, sürücülərin çoxsaylı müraciətindən sonra NİİM aidiyyəti dövlət qurumları ilə birgə Neftçilər prospektindən Dövlət Bayraq Meydanı istiqamətində hərəkətin tənzimlənməsi məqsədilə tədbirlər həyata keçirib: “Belə ki, Bakı İdman Sarayının yaxınlığında yerləşən piyada keçidi əvvəllər həm sürücülər, həm də piyadalar üçün problem yaradırdı. Bakı İdman Sarayından və yaxınlıqda yerləşən ticarət mərkəzindən çıxan avtomobillər, Neftçilər prospekti istiqamətinə dönən zaman qəfil piyada keçidi ilə qarşılaşırdılar. Nəticədə də piyadalar üçün təhlükəli vəziyyət yaranırdı. Hazırda isə həmin ərazidə fərqli mənzərə yaşanır. Piyadaların və sürücülərin təhlükəsizliyi məqsədilə həmin piyada keçidinin və keçidi tənzimləyən işıqforların yeri Dövlət Bayraq Meydanı istiqamətinə, bir neçə metr irəliyə köçürülüb. Bununla da yolda nəqliyyat axınının daha optimal idarə edilməsi təmin edilib”.

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu