Əsas məzmuna keç

Bakıda silahlı şəxslər saxlanılıb

Bakıda silahlı şəxslər saxlanılıb

Bakının Sabunçu rayonunda silahlı şəxslər saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon İdarəsinin (RPİ) 15-ci Polis Bölməsinin əməkdaşlarına daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı əvvəllər olunmuş 1973-cü il təvəllüdlü Rauf üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Ondan 1 ədəd “Makarov” markalı tapança, 16 ədəd və 1 ədəd patron darağı aşkar edilib.

Sabunçu RPİ-nin əməkdaşları Maştağa qəsəbəsində keçirilən tədbir zamanı isə əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Ramin Alxasov saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat silah və 15 ədəd patron aşkar olunub. R.Yusifov və R.Alxasov silahları bir müddət əvvəl əldə etdiklərini və polisə könüllü təhvil vermək əvəzinə özlərində saxladıqlarını bildiriblər. Araşdırmalar davam etdirilir.

Həmçinin, Sabunçu rayon sakini olan daha bir nəfər özündə saxladığı sənədləri olmayan ov tüfəngini polisə təhvil verib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…