Əsas məzmuna keç

Bakıda saxlanılan narkokuryerlərdən 2 kq narkotik götürülüb

Bakıda saxlanılan narkokuryerlərdən 2 kq narkotik götürülüb

Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan...

Bakıda saxlanılan narkokuryerlərdə 2 kiloqram və 830 ədəd həbi aşkar olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" DİN-ə istinadən xəbər verir ki, Sabunçu Rayon İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Əfsun İbrahimli və İbrahim Abıyev saxlanılıblar. Həmin şəxslərdən və mənzilləindən 2 kiloqrama yaxın marixuana, metamfetamin, psixotrop tərkibli 830 ədəd metadon həbi və narkotiklərin satışında istifadə etdikləri 2 ədəd elektron tərəzi aşkarlanıb. Dindirmə zamanı saxlanılanlar şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər. Onların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…