Əsas məzmuna keç

Bakıda sabah hava kəskin isinir, 25 dərəcə olacaq

Bakıda sabah hava kəskin isinir, 25 dərəcə olacaq

Milli Hidrometeorologiya Xidməti paytaxt və Abşeron yarımadasında gözlənilən hava proqnozunu açıqladı. Temperaturun artımı və küləyin sürəti ilə bağlı son detallar.

en ru

Sabah Bakıda 25 dərəcə isti olacaq.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-17° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə 75-80 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə, günün ikinci yarısından isə əksər rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti, bəzi yerlərdə 19-24° isti olacaq.

Hava proqnozu

20° Bakıda indiGünəşli
  1. Bu gün Günəşli 22° 19°
  2. Sabah Tutqun 23° 19°
  3. Birigün Arabir yağış 20° 19° yağış 80%
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…