Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun fevralın 27-də rəsmi qarşılanma mərasimi olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Qvineya-Bisau Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Umaru Sisoku Embalo: Sabah Azərbaycanın polis və hərbi məktəblərində təlim keçmək üçün Qvineya-Bisaudan ilk heyət gələcək
Prezident İlham Əliyevin Qvineya-Bisau lideri ilə təkbətək görüşüb - YENİLƏNİB
İlham Əliyev: Qvineya-Bisau ilə müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq etmək üçün fürsət yaranır
Azərbaycan Prezidenti İlham Əliyev Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonu qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Qvineya-Bisau Prezidentinə raport verib.
Qvineya-Bisau Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonun qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.