Operativ Məlumat Mərkəzi

Bakıda qarajda yanğın olub

1 dəq
Paylaş:
Bakıda qarajda yanğın olub
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yanğın baş verməsi barədə məlumat daxil olub...

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 12kv.m. olan qarajda baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər qarajlara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində qarajın içərisinə yığılmış istifadəyə yararsız geyim və məişət əşyaları yanıb.

Yaxınlıqdakı digər qarajlar yanğından mühafizə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər