Bakıda qaraj yanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fövqəladə Hallar nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Xəzər rayonunda həyətyanı sahədə tikilən ümumi sahəsi 50 m² olan qarajın yanar konstruksiyaları 25 m² sahədə yanıb.
"Qarajın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə məlumatda qeyd olunub.