Əsas məzmuna keç

Bakıda narkokuryer tutulub, 17 kq marixuana aşkarlanıb

Bakıda narkokuryer tutulub, 17 kq marixuana aşkarlanıb

Bakıda “ ” idarə edən narkokuryerdə 17 kq marixuana aşkarlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" DİN-ə istinadən xəbər verir ki, Rayon İdarəsinin (RPİ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Tədbir zamanı əvvəllər məhkum olunmuş 42 yaşlı Orxan Qurbanov saxlanılıb. Onun idarə etdiyi “Land Rover” markalı avtomobilə baxış zamanı 17 kiloqram 330 qram olan marixuana aşkarlanıb.

Həyata keçirilən digər əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 3 nəfər - 36 yaşlı Emin Bayramov, 42 yaşlı İlkin Əlizadə və tanışı 36 yaşlı Amil İbayev saxlanılıblar. Onlardan isə ümumilikdə 21 kiloqram marixuana və 2 kiloqram 809 qram heroin aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslər ifadələrində narkotikləri paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı başlanan cinayət işləri üzrə araşdırmalar davam etdirilir.

Qeyd edilib ki, cari ilin əvvəlindən Xətai RPİ-nin əməkdaşları tərəfindən 112 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…