Bakıda “Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu” keçirilir

Bakıda “Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu” keçirilir
19.09.2024 11:14
Aa
dəq

Bu gün Bakıda Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) və Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat şəraitində hesabatlıq və şəffaflıq” mövzusunda “Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu” işə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, 3 gün davam edəcək tədbir "Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunub.

Forumda Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) prezidenti xanım Asmaa Resmouki, eləcə də Avropa və Asiya ölkələrinin peşəkar maliyyə qurumlarının rəhbərləri və onları müşayiət edən 50-yaxın xarici peşəkar mütəxəssislər, eləcə də Azərbaycanın nazirliklərinin, dövlət və kommersiya təşkilatlarının, ictimai qurumlarının nümayəndələri, ölkədə maliyyə, mühasibat uçotu və audit sahəsində çalışan 400 nəfərə yaxın mütəxəssis iştirak edir.

Forum çərçivəsində xarici ölkələrin mühasibat və audit sahəsində fəaliyyət göstərən peşəkar qurumları ilə təşkilatçılar arasında Əməkdaşlıq Memorandumlarının imzalanması nəzərdə tutulur.

Həftənin ən çox oxunanları

Türkiyə bankları Rusiya ilə əməliyyatlardan tamamilə imtina etmək niyyətindədir

Türkiyə bankları Rusiya ilə əməliyyatlardan tamamilə imtina etmək niyyətindədir
DAVAMIN OXU davamın oxu

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
DAVAMIN OXU davamın oxu

Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq

Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq
DAVAMIN OXU davamın oxu

Azərbaycan gələn il Qarabağ və Şərqi Zəngəzura 4 milyard manat xərcləyəcək

Azərbaycan gələn il Qarabağ və Şərqi Zəngəzura 4 milyard manat xərcləyəcək
DAVAMIN OXU davamın oxu

Azərbaycanda gələn il icmal büdcə 46 milyard manata yaxın olacaq

Azərbaycanda gələn il icmal büdcə 46 milyard manata yaxın olacaq
DAVAMIN OXU davamın oxu