Bakıda mərkəzi yolun bir hissəsi bağlanıb

Bakıda mərkəzi yolun bir hissəsi bağlanıb
17.08.2023 14:15
Aa
dəq

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi paytaxtın Səbail rayonu, Akademik Zərifə Əliyeva küçəsində avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı avtomobil sahiblərinə müraciət edib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərlinin "Operativ Məlumat Mərkəzi-OMM"-ə verdiyi məlumata görə, Azadlıq prospektindən (Hökumət evinin yanı) Bülbül prospekti ilə kəsişməsinə qədər (Hökumət evinin yaxınlığında) küçəyə yeni asfalt örtüyünün döşənməsi ilə əlaqədar (“Sahil” metrostansiyası) küçənin bu hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb:

"Asfalt salınması işləri həftənin sonuna kimi davam edəcək, daha sonra burada yeni lyuklar quraşdırılacaq. Bütün işlərin bazar ertəsi, avqustun 21-dək başa çatdırılması planlaşdırılır. Sürücülər Üzeyir Hacıbəyli küçəsi ilə - Rəşid Behbudov küçəsi ilə kəsişməni keçərək düz irəlidə, Sahil metrosunun yanından Zərifə Əliyeva küçəsinə və daha sonra Azneft dairəsinə gedən yoldan istifadə etməlidirlər. Sürücülərdən avtomobil idarə edərkən bunu nəzərə almaları və alternativ yollardan istifadə etmələri tövsiyə olunur”.

Həftənin ən çox oxunanları

Azərbaycana payız fəsli daxil olub

Azərbaycana payız fəsli daxil olub
DAVAMIN OXU davamın oxu

Vətəndaşların nəzərinə!

Vətəndaşların nəzərinə!
DAVAMIN OXU davamın oxu

Baş nazir qərar İMZALADI

Baş nazir qərar İMZALADI
DAVAMIN OXU davamın oxu

ETSN-də I müavin vəzifəsi təsis olunub

ETSN-də I müavin vəzifəsi təsis olunub
DAVAMIN OXU davamın oxu

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar nəzarətə götürülüb - RƏSMİ

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar nəzarətə götürülüb - RƏSMİ
DAVAMIN OXU davamın oxu