Operativ Məlumat Mərkəzi

Bakıda məktəbin həyətində 18 yaşlı gənci cərəyan vuraraq öldürüb

1 dəq
Paylaş:
Bakıda məktəbin həyətində 18 yaşlı gənci cərəyan vuraraq öldürüb
Bakıda 18 yaşlı oğlanın elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı üzrə araşdırma aparılır. Bu barədə ""Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş...

Bakıda 18 yaşlı oğlanın elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı üzrə araşdırma aparılır.

Bu barədə ""Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, iyulun 29-da paytaxtın Xətai rayonu ərazisində 2006-cı il təvəllüdlü Elmir Qəhrəmanovun 245 saylı orta məktəbin həyətinə hasardan daxil olmaq istəyərkən elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı üzrə Xətai rayon prokurorluğunda araşdırma aparılır.

***

Bakıda 18 yaşlı gənci elektrik cərəyanı vurub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in əldə etdiyi xəbərə görə, hadisə Xətai rayonu Cavanşir küçəsində yerləşən 245 saylı tam orta məktəbin həyətində qeydə alınıb.

Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Elmir Bəhruz oğlu Qəhrəmənov elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər