Bakıda evdən külli miqdarda oğurluq edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb. X. İskəndərova məxsus evdən 32 min 390 manatlıq avtomobil ehtiyat hissələri oğurlanıb.
Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Ceyhun və Cəsarət Allahverdiyev qardaşları tutulublar.
Onların oğurladıqları katalizatorları Sumqayıtda Kamran adlı şəxsə satdıqları üzə çıxıb.
Araşdırmalar davam edir.