Bakıda İran nemətləri mağazasında və restoranda nöqsanlar aşkarlanıb

Bakıda İran nemətləri mağazasında və restoranda nöqsanlar aşkarlanıb
23.06.2023 18:45
Aa
dəq

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakıda "Şah bağı" İran nemətləri mağazasında və məşhur restoranda nöqsanlar aşkarlayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" -ə AQTA-dan məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən "Şah bağı" İran nemətləri mağazasında obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı aşkarlanıb.

Həmçinin, Bakının Nərimanov rayonu, N.Nərimanov küçəsində yerləşən "Cıdır" restoranında nöqsanlar tapılıb.

Belə ki, bu obyektdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması və obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi aşkarlanıb.

Qeyd edək ki, Agentlik əməkdaşları tərəfindən iyunun 21-də respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 10 ticarət müəssisəsi, 7 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 8 müəssisədə nöqsanlar müəyyən olunub.

Həftənin ən çox oxunanları

Baş nazir qərar İMZALADI

Baş nazir qərar İMZALADI
DAVAMIN OXU davamın oxu

ETSN-də I müavin vəzifəsi təsis olunub

ETSN-də I müavin vəzifəsi təsis olunub
DAVAMIN OXU davamın oxu

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar nəzarətə götürülüb - RƏSMİ

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar nəzarətə götürülüb - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub

Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub
DAVAMIN OXU davamın oxu

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu