Bakıda bal yarmarkası açılıb

Bakıda bal yarmarkası açılıb
09.09.2024 09:45
Aa
dəq

Bu gündən Bakıda Kənd Təsərrüfatı Nazirliyi və "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin birgə təşkilatçılığı ilə arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkasına start verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" nazirliyə istinadən xəbər verir ki, sentyabrın 29-na qədər davam edəcək yarmarka hər gün saat 09:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) fəaliyyətdə olacaq.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları arıçıların iştirakı ilə yarmarkada satışa çıxarılan məhsullardan nümunələr götürərək laboratoriya şəraitində yoxlayıb. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar yarmarkada satışa buraxılmayıb.

Yarmarkaya qeydiyyat onlayn şəkildə bal.kendden.az saytı vasitəsi ilə həyata keçirilib. Yarmarkada arıçılara fəaliyyət göstərdikləri rayonların arıçı sayına uyğun olaraq proporsional qaydada müvafiq sayda yer ayrılıb.

Yarmarkada iştirak üçün hər bir arıçıya iyulun 26-na qədər arıçılıq təsərrüfatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçərkən etdiyi bəyana uyğun olaraq minimum 40 arı ailəsinə malik olması tələbi qoyulub. Hər arıçı yarmarkaya maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilib.

Həftənin ən çox oxunanları

Bu ərazilərdə su KƏSİLƏCƏK

Bu ərazilərdə su KƏSİLƏCƏK
DAVAMIN OXU davamın oxu

Yol Polisi yol hərəkəti iştirakçılarına müraciət edib

Yol Polisi yol hərəkəti iştirakçılarına müraciət edib
DAVAMIN OXU davamın oxu

Bu ilin yanvar-iyul ayları ərzində 1928 əkiz uşaq doğulub

Bu ilin yanvar-iyul ayları ərzində 1928 əkiz uşaq doğulub
DAVAMIN OXU davamın oxu

Azərbaycanda əhalinin sayı açıqlanıb

Azərbaycanda əhalinin sayı açıqlanıb
DAVAMIN OXU davamın oxu

Azərbaycan Rusiya ilə aqrar məhsulların təchizatını artırmağı müzakirə edib

Azərbaycan Rusiya ilə aqrar məhsulların təchizatını artırmağı müzakirə edib
DAVAMIN OXU davamın oxu