Operativ Məlumat Mərkəzi

Binəqədidə açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

1 dəq
Paylaş:
Binəqədidə açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Paytaxtın Binəqədi rayonu, Cəfər Cabbarlı küçəsi yaxınlığında açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

11:47***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Cabbarlı küçəsi yaxınlığında açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM" Nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər