Operativ Məlumat Mərkəzi

Bakıda 5 ailənin yaşadığı evdə yanğın olub

1 dəq
Paylaş:
Bakıda 5 ailənin yaşadığı evdə yanğın olub
Bakıda beş ailənin yaşadığı birmərtəbəli evlərdə yanğın olub. Bu barədə "Operativ Məlumat Mərkəzi - OMM "ə Fövqəladə Hallar Nazirliyindən bildirilib....

Bakıda beş ailənin yaşadığı birmərtəbəli evlərdə yanğın olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi - OMM "ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Sabunçu rayonunda ümumi sahəsi 300 m2 olan bir dam altında tikilən beş ailənin yaşadığı birmərtəbəli evlərdən sahəsi 60 m² olan 2 otaqlı evin yanar konstruksiyaları, sahəsi 40 m² olan 2 otaqlı evin yanar konstruksiyaları, sahəsi 20 m² olan 1 otaqlı evin tavanı 5 m² sahədə və dam örtüyü 20 m² sahədə yanıb.

Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər