Əsas məzmuna keç

Bakı və Abşeronda yağıntı miqdarı normanı 589% keçib

Bakı və Abşeronda yağıntı miqdarı normanı 589% keçib

Paytaxtda və yarımadada rekord hava göstəricisi qeydə alındı. Milli Hidrometeorologiya Xidməti son vəziyyəti açıqladı: Yağışın həcmi kəskin artıb. Bəs son durum?

en ru

Mayın 18-i saat 11:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində arabir yağıb, şimşək çaxıb.

Milli Hidrometeorologiya Xidmətindən “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub, Şahdağda qar yağıb.

Bakıda və yarımadasında yağan yağış mayın 18-də gecə saatlarından kəsilsə də, bəzi rayonlarda yağıntılar davam edib.

Bakıda və Abşeron yarımadasında sutka ərazində düşən yağıntının 116 mm qeydə alınıb ki, bu da aylıq normanın 589 %-ni təşkil edib.

Respublikanın rayonlarında düşən yağıntının miqdarı: Zaqatalada 38, Sarıbaşda (Qax) 36, Qəbələdə 26, Neftçalada 25, Kişçayda (Şəki) 24, Qobustanda 22, Şabran, Xızıda 15, Oğuzda 14, Xaltan, Qusarda 12, Daşkəsəndə 11, Qubada 9, Şahdağda 8, Qrız, Şamaxıda 7, Şahbuzda 5, Biləsuvar, Lerik, Xınalıq, Gədəbəydə 4, İsmayıllı, Xaçmaz, Tərtərdə 2, Naxçıvan, Şərur, Naftalan, Balakən, Beyləqan, İmişli, Sabirabad, Yardımlı, Astara, Ağdam, Cəlilabad, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.

Hava proqnozu

19° Bakıda indiArabir yağış
  1. Bu gün Tutqun 22° 18°
  2. Sabah Yüngül leysan 19° 14° yağış 86%
  3. Birigün Yüngül leysan 16° 14° yağış 75%
Bütün rayonlar üzrə proqnoz ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…