Bakı-Sumqayıt yolunda 2 avtobus toqquşdu, ölən və yaralanan var - YENİLƏNİB - FOTO

Bakı-Sumqayıt yolunda 2 avtobus toqquşdu, ölən və yaralanan var - YENİLƏNİB - FOTO
02.08.2024 12:51
Aa
dəq

Bakı-Sumqayıt yolunda toqquşan avtobusların sürücülərinin adları məlum olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, avqustun 2-si saat 11 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 29-cu kilometrliyində Hüseynov Nazim Kazım oğlunun Bakı-Sumqayıt ekspres marşurut xətti üzrə idarə etdiyi “NEOPLAN” markalı, 99-JH-667 dövlət qeydiyyat nişanlı avtobus qarşıda gedən Yunusov Adil Şəmil oğlunun idarə etdiyi, 42 nömrəli marşurut xətti üzrə hərəkətdə olan “İSUZU” markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.

Toqquşmadan sonra “İSUZU” markalı avtobus yoldan çıxaraq aşıb və nəticədə 1 nəfər sərnişin hadisə yerində həyatını itirib. Əraziyə yol polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

***

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 11:20 radələrində Bakı-Sumqayıt magistralında yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə çağırış daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd edilib ki, hadisə yerinə 8 təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən hadisə yerində bir nəfərin həkiməqədər ölümü qeydə alınıb.

Qəza nəticəsində xəsarət alan digər 18 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərdən ikisi reanimasiyaya yerləşdirilib. Vəziyyətləri ağır qiymətləndirilir. Digər şəxslərə isə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.

***

Bakı-Sumqayıt yolunda iki avtobus toqquşub, xeyli sayda yaralı var.

"Operativ Məlumat Mərkəzi-OMM" Report-a istinadən xəbər verir ki, qəza Bakı-Quba yolunun 29-cu kilometrliyində qeydə alınıb.

Məlumata görə, 42 nömrəli marşrut avtobusu Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobusla toqquşub.

İki avtobusun toqquşması nəticəsində 1 nəfər ölüb, 18 nəfər yaralanıb.

Həftənin ən çox oxunanları

NİİM: Məktəb və universitetlərin qarşısında maşın saxlayanlar cərimələnəcək

NİİM: Məktəb və universitetlərin qarşısında maşın saxlayanlar cərimələnəcək
DAVAMIN OXU davamın oxu

Xızıda saxlanılan şəxsdən metamfetamin və heroin aşkarlanıb

Xızıda saxlanılan şəxsdən metamfetamin və heroin aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Biləsuvarda ətraf mühitin çirkləndirilməsinə qarşı tədbir keçirilib

Biləsuvarda ətraf mühitin çirkləndirilməsinə qarşı tədbir keçirilib
DAVAMIN OXU davamın oxu

Tanınmış basketbolçu qəzada həlak oldu - FOTO

Tanınmış basketbolçu qəzada həlak oldu - FOTO
DAVAMIN OXU davamın oxu

Ağstafada üzüm yığan ər və arvad faciəvi şəkildə öldü

Ağstafada üzüm yığan ər və arvad faciəvi şəkildə öldü
DAVAMIN OXU davamın oxu