Əsas məzmuna keç

Bakı-Qazax yolunda iki yeni piyada keçidi inşa olunur

Bakı-Qazax yolunda iki yeni piyada keçidi inşa olunur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 69-cu km-də yolun hər iki hərəkət...

Yolları Dövlət Agentliyi Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 69-cu km-də yolun hər iki hərəkət istiqamətində (Qaradağ rayonunun Ələt qəsəbəsindən keçən hissə) iki yerüstü piyada keçidinin tikintisini aparır.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, layihə üzrə keçidlərin uzunluqları 30 , hərəkət hissələrinin eni 3.5 metrdir. Yol səviyyəsindən hündürlükləri 5.5 metr təşkil edən keçidlər torşəkilli metal konstruksiyadan ibarətdir.

Artıq keçidlərin platformalarının quraşdırılması işləri aparılıb.

İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçidlərdə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq.

Layihə çərçivəsində yolun hər iki tərəfində yeni ciblikləri, avtobus dayanacağının, keçidin istismarına edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.

Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…