Operativ Məlumat Mərkəzi

Bakı metrosunda ölüm

1 dəq
Paylaş:
Bakı metrosunda ölüm

Bakı metrosunda ölüm hadisəsi qeydə alınıb.

Qurumun Mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov “Operativ Məlumat Mərkəzi-OMM”-ə bildirib ki, hadisə bu gün səhər saatlarında baş verib.

“İş vaxtı bitən, “İnşaatçılar” stansiyasında iş yerini 05:30-da tərk etmiş Bakı metropoliteninin tunel qurğuları üzrə usta köməkçisi Saleh Məmmədov saat 8:50-də “Koroğlu” stansiyasında növbətçiyə yaxınlaşaraq, tibbi yardıma ehtiyacı olduğunu bildirib.

Dərhal ilkin yardım göstərilib, təcili və təxirəsalınmaz tibbi yardım xidməti çağırılıb. Bütün müvafiq tədbirlər görülsə də, Saleh Məmmədov dünyasını dəyişib”, - B.Məmmədov əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər