Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib

Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib
28.03.2024 13:15
Aa
dəq

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə sözügedən hadisə ilə bağlı BŞİH-də komissiya yaradılıb və hüquqmühafizə orqanları ilə birgə Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyinin fəaliyyətinin hərtərəfli yoxlanılması aparılır. Yol verilən nöqsanlara görə Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyinin direktoru Xalid Ələkbərova şiddətli töhmət elan edilib və Komissiyanın yekun rəyinə əsasən onun tutduğu vəzifədə qalıb-qalmayacağına dair qərar veriləcəyi qeyd edilib.

Eyni zamanda “Bakımənzilavtomat” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi İlham Hüseynov və Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanov isə araşdırma müddətində vəzifələrindən kənarlaşdırılıblar.

Həmçinin Binəqədi rayon təsərrüfat xidmətlərinin rəhbərlərinə xəbərdarlıq edilərək rayon rəhbərliyinə onların şəxsi məsuliyyət məsələsinə baxılması tövsiyə edilib.

Həftənin ən çox oxunanları

Mikayıl Cabbarov və Samir Şərifovla bağı SƏRƏNCAM

Mikayıl Cabbarov və Samir Şərifovla bağı SƏRƏNCAM
DAVAMIN OXU davamın oxu

Bu şəxslər təltif olunub - SƏRƏNCAM

Bu şəxslər təltif olunub - SƏRƏNCAM
DAVAMIN OXU davamın oxu

Laçının Sus kəndinə ilk dəfə köçürüləcək ailələr arasında püşkatma olub

Laçının Sus kəndinə ilk dəfə köçürüləcək ailələr arasında püşkatma olub
DAVAMIN OXU davamın oxu

Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək

Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
DAVAMIN OXU davamın oxu

Deputat: Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı boşluq var

Deputat: Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı boşluq var
DAVAMIN OXU davamın oxu