Bakı Dövlət Universitetinin sabiq prorektoru polkovnik Rövşən Abdullayev 55 yaşında vəfat edib.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə BDU-nun dosenti Fikrət Şiriyev məlumat verib.
O bildirib ki, mərhumun cənazəsi sabah 13:00-da Qələbə dairəsinin yaxınlığında yerləşən evindən götürüləcək.
Qeyd edək ki, Rövşən Müslüm oğlu Abdullayev 1969-cu il sentyabrın 18-də Bakıda anadan olub. BDU-nun Şərqşünaslıq fakültəsini bitirdikdən sonra Milli Təhlükəsizlik orqanlarında xidmət göstərib, polkovnik rütbəsinə layiq görülüb. O, 2005–2014-ci illərdə BDU-nun Ümumi işlər üzrə rektor köməkçisi vəzifəsində çalışıb.