Operativ Məlumat Mərkəzi

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

1 dəq
Paylaş:
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
bu barədə ADY məlumat yayıb. Bildirilir ki, qatar Bakıdan Ağstafa istiqamətində 08-25-də, əks istiqamətdə isə 17:00-da yola düşəcək. Bununla yanaşı...

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 21-22 oktyabr tarixlərinə hər iki istiqamət üzrə əlavə reyslər təyin edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilir ki, qatar Bakıdan Ağstafa istiqamətində 08-25-də, əks istiqamətdə isə 17:00-da yola düşəcək.

Bununla yanaşı Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarlar ənənəvi qrafiklə hər gün Bakıdan saat 08:45-də, Ağstafadan isə 17:30-da yola düşür.

Bu xəbəri paylaş

Oxşar xəbərlər